Bakıda daha bir məktəb koronavirus səbəbindən bağlandı

Bakıda daha bir məktəb koronavirus səbəbindən bağlandı
Sosial 440

Bakıda daha bir məktəb koronavirus səbəbindən distant təhsilə keçib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən R.Pirnəzərov adına 299 saylı məktəb liseyi distant təhsilə keçir.

Məktəbdə 3 müəllim koronavirusa yoluxub. Bundan başqa II, IV, V siniflərdə şagirdlər arasında yoluxmalar qeydə alınıb.

Qeyd edək ki, məktəb oktyabrın 25-dən 14 günlük distant təhsilə keçəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər