Bakıda bir çox marşrut xətlərinin fəaliyyəti bərpa edilir
Yeniliklərdən dərhal xəbərdar olun
Sabahdan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bir sıra marşrut xətlərinin fəaliyyətini bərpa edəcək.
BAKU.WS bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, hərəkət sxemləri bərpa edilənlər 3, 5, 17, 18, 21, 30, 32, 36, 39, 49, 61, 88, 65, 77, 120, 125, 140, 149, 150, 160 və 141E nömrəli marşrutlardır.
Hərəkət sxemləri "Ulduz" metrostansiyasına müvəqqəti təyin edilən 118A, 118B, 148, 173A və 173B nömrəli marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil ediləcək.
Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək.
Oxşar xəbərlər
Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!"
Baku TV-nin "Aktual Gündəm" verilişində energetik içkilərin istifadəsi ilə bağlı müzakirə zamanı onların tərkibindəki kofeinin asılılıq yarada bilən xüsusiyyəti...