Bakıda axşam konsertləri təşkil edilib

Bakıda axşam konsertləri təşkil edilib
Foto
Sosial 59

Xətai rayonundakı "Nizami Gəncəvi", Nərimanov rayonundakı yeni parkda, Yasamal rayonundakı Meşə, Nizami rayonundakı Heydər Əliyev və Mərkəzi Nəbatat parklarında açıq hava konsertləri keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətindən BAKU.WS-ə verilən məlumata görə, konsertlər Bakı şəhər və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə baş tutub.

Belə ki, ötən gün sakinlərin və şəhərin çoxsaylı qonaqlarının sevimli istirahət yerlərindən olan paytaxtın bu beş istirahət məkanında növbəti dəfə kütləvi konsert proqramları təşkil edilib.

Peşəkar və gənc ifaçılar, müxtəlif musiqi qruplarının iştirak etdiyi axşam konsertlərində xalq, milli və xarici estrada və klassik musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar səsləndirilib, Mərkəzi Nəbatat bağında təcrübəli pedaqoqlar uşaqlara ustad dəsləri keçiblər.

Qeyd edilməlidir ki, konsert proqramlarının təşkil edildiyi park və istirahət bağları paytaxt sakinlərinin ən çox üz tutduğu istirahət məkanları sırasındadır.

Bildirilib ki, axşam konsertləri gələn həftənin şənbə günü də təşkil ediləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər