Bakıda ağaclara qənim kəsilənlər yenə də iş başındadırlar - FOTO

Bakıda ağaclara qənim kəsilənlər yenə də iş başındadırlar - FOTO
Foto
Sosial 179

Bakıda ağacların qəniminə çevrilən bir qrup insan yenə də iş başındadır.

BAKU.WS xəbər verir ki, bu barədə şikayətlər durmadan artır. Belə şikayətlərdən biri də Nərimanov rayonunun sakinlərindən gəlib.

Bildirilir ki, Yusif Vəzir Çəmənzəminli küçəsində ağacların məhv edilməsi üçün ənənəvi üsuldan istifadə edilir. Ağacların dibi beton və asfaltla bərkidilir. Beləliklə, ağaclar quruyur.

Məsələyə aydınlıq gətirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi İradə İbrahimova BAKU.WS-ə açıqlamasında bildirdi ki, məsələ ilə bağlı araşdırma aparılacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər