Bakıda 2 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda fəaliyyət göstərən iki marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib.
Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq iki müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.
Belə ki, bu gündən 39 (Parlament prospekti/Şəhidlər xiyabanı-Yeni Yasamal “Qismət”Ş/s) nömrəli marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilərək Parlament prospektinə (Şəhidlər Xiyabanı) qədər, 169 (Binə Atçılıq-Ulduz m/st.) nömrəli marşrut xəttinin hərəkət istiqaməti “Koroğlu” NMM-dən keçməklə təşkil edilib. Həmçinin dəyişikliyə əsasən, marşrut xətti Binə Atçılıq yaşayış sahəsində “Badamlıq” adlanan əraziyə fəaliyyət göstərəcək.
Həmin ərazidə məskunlaşan və marşrut xəttindən istifadə edən vətəndaşlar “Koroğlu” NMM-ə birbaşa çıxışı təmin olunacaqdır.
Oxşar xəbərlər
Sərnişinlərin NƏZƏRİNƏ: Yeddi marşrut xəttinin istiqaməti dəyişdirilir - RƏSMİ
Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilir. Bu barədə BAKU.W...