Bakıda 12 metrlik avtobuslar xəttə buraxıldı - FOTO

Bakıda 12 metrlik avtobuslar xəttə buraxıldı - FOTO
Foto
Sosial 1295

30.12.2019-cu il tarixindən 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti 12 metrlik BMC Procity markalı avtobuslarla yerinə yetiriləcək.

BAKU.WS xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən marşrut xətti üzrə daşıyıcı “Çinar Trans” MMC tərəfindən 20 ədəd yeni avtobus alınıb.

Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik BMC Procity markalı avtobusların istismara verilməsi 57.000 nəfərə yaxın əhalisi olan Binə qəsəbəsində sərnişindaşımanın vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Hazırda 160 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan avtobuslar sərnişin axınına adekvat olmadığından sakinlərin narahatlığına səbəb olurdu. Bununla bağlı, ötən dövrdə Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətlər daxil olurdu.

Avtobus parkının yenilənməsi ilə yanaşı “Çinar Trans” MMC tərəfindən mövcud istehsalat bazasının ərazisi də, genişləndirilib və yeni təmir sexləri yaradılıb.

Oxşar xəbərlər

Sərnişinlərin NƏZƏRİNƏ! Bu marşrut xətlərində dəyişikliklər edildi

Sərnişinlərin NƏZƏRİNƏ! Bu marşrut xətlərində dəyişikliklər edildi

İctimai nəqliyyatda əhaliyə göstərilən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması işləri çərçivəsində bir sıra müntəzəm marşrut xətləri üzrə dəyişiklik...

2258 Sosial 20:11 06 dekabr 2018

Son xəbərlər