Sərnişinlərə ŞAD XƏBƏR - Bu avtobuslar yeniləndi (FOTOLAR)
10
noy
2018
09:35
160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən “Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilib. BAKU.WS-in məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi “Çinar-Trans” MMC-yə həvalə edilib.Bu gün səhərdən 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçirilir. Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən Binə-Sovxoz qəsəbədaxili marşrutu üzrə avtobuslar da yenilənib.Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
Bakıda 160 nömrəli marşrut xəttinin daşıyıcısı dəyişdi – FOTO
160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən “Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilib.Bu barədə Bakı Nəqliyya...