Bakı–Tbilisi qatarına biletlərin qiymətləri ucuzlaşdı
Bakı–Tbilisi–Bakı sərnişin qatarı üzrə bilet qiymətlərində uculaşma qeydə alınıb.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, bilet alan sərnişinlərdən daxil olan məlumata görə, bəzi kateqoriyalar üzrə qiymətlərdə ucuzlaşma müşahidə olunur.
Məlumata əsasən, Bakı-Tbilisi istiqaməti üzrə birtərəfli komfort biletin qiyməti 81 manatdan 78.80 manata düşüb.
Digər tariflər üzrə də dəyişiklik qeydə alınıb: eyni istiqamət üzrə komfort+ biletləri 117 manatdan 112 manata, lüks sinif isə təxminən 180 manatdan 177 manata qədər ucuzlaşıb.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, Bakı–Tbilisi–Bakı reysi üzrə bilet qiymətləri beynəlxalq hesablaşma mexanizminə əsasən müəyyən olunur.
Qeyd edilib ki, tariflər Gürcüstanla hesablaşmalar çərçivəsində İsveçrə frankının yerli məzənnəyə nisbətinə uyğun formalaşır. Yəni İsveçrə frankının məzənnəsindəki dəyişikliklər bilet qiymətlərinə də birbaşa təsir göstərir.
Qeyd edək ki, AZCON Holding şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 26 may 2026-cı il tarixindən etibarən Bakı – Tbilisi – Bakı marşrutu üzrə sərnişin daşımalarını bərpa edir. Qatar hər gün Bakıdan saat 23:10-da yola düşür və növbəti gün saat 08:41-də Tbilisiyə çatır, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatır.
Oxşar xəbərlər
Xocalıda 85 ev təmir olunacaq: 4 milyonluq LAYİHƏ
Xocalı rayonunun Daşbulaq kəndində onlarla yaşayış evi təmir olunacaq. BAKU.WS-in məlumatına görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tiki...