Bakı-Sumqayıt yolunun təmirinə çəkiləcək məbləğ açıqlandı

Bakı-Sumqayıt yolunun təmirinə çəkiləcək məbləğ açıqlandı
Sosial 779

“Bakı-Sumqayıt yolunun qiyməti hər kilometr üçün 778 min manat hesablanıb”.

BAKU.WS xəbər verir ki, bu sözləri Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda 7-8 km hissədə genişləndirmə və təmir işləri nəzərdə tutulur.

Saleh Məmmədovun sözlərinə görə, mayın sonuna qədər işlərin tamamlanması nəzərdə tutulur:

"Artıq işlərə başlanılıb. Yolun genişləndirilməsinə mane olan yaşıllıqlar başqa əraziyə köçürülüb. Yeraltı süni qurğuların köçürülməsi də aparılır. Mayın sonuna qədər işlərin tamamlanması nəzərdə tutulur.

Oxşar xəbərlər

Bakı-Sumqayıt yolundan köçürülmə işlərinə başlanıldı - VİDEO

Bakı-Sumqayıt yolundan köçürülmə işlərinə başlanıldı - VİDEO

Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri davam edir. Proses çərçivəsində yaşıllığın məhv edilməməsinə xüsusi diqqət yetirilir. BAKU.WS Xəzər TV-yə istinad...

2817 Video 09:41 23 dekabr 2019

Son xəbərlər