Bakı sakinlərinə yeni yerüstü metro MÜJDƏSİ

Bakı sakinlərinə yeni yerüstü metro MÜJDƏSİ
Sosial 2693

Bakıda Güzdək-Sahil dəmir yolunun təmiri nəticəsində bu xətt yerüstü metro kimi insanların xidmətində olacaq.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmiryolları” QSC-nin sədri Cavid Qurbanov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

C.Qurbanov qeyd edib ki, Bakıdan Lənkərana gedəcək dəmir yolunun salınması üçün torpaq alınması prosesləri başa çatdırılıb.

“Lənkəranda dəmir yolu dəniz kənarından çıxarılaraq yeni sahədən keçəcək. Lənkərana olan yolun iki xəttə keçirilməsi üçün layihələndirmə işləri aparılıb. Maliyyə işi həll olunandan sonra 2021-ci ildən sonra işlərin başlanması planlaşdırılır.

Latviya şirkəti ilə dizel lokomtivlərin təmiri üçün müqavilə bağlanılıb. 42 lokomotiv və dəmir yoluna sərnişinləri daşıyan avtobus və 30-a yaxın vaqonların təmiri nəzərdə tutulur”.

Son xəbərlər