Bakı-Sumqayıt yolundan köçürülmə işlərinə başlanıldı - VİDEO

Bakı-Sumqayıt yolundan köçürülmə işlərinə başlanıldı - VİDEO
Video
Video 2817

Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri davam edir. Proses çərçivəsində yaşıllığın məhv edilməməsinə xüsusi diqqət yetirilir.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, ərazidə köçürmə işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının nəzarəti ilə həyata keçirlir.

Ümumilikdə ərazidən 300-dən çox ağac və 200-dən çox kol köçürüləcək.

Çıxarılan ağaclar isə elə Bakı-Sumqayıt yolunun kənarındakı Azərbaycan Avtomobill Yolları Dövlət Agentliyinə məxsus başqa bir yaşıllıq zolağında yenidən əkilir və onların özünü tutması üçün aqrotexniki qaydada qulluq göstərilir.

Eyni zamanda ərazidə yolun genişləndirilməsi də plana uyğun davam etdirilir və işlər hərəkətə mane olmayacaq şəkildə aparılır.

Qeyd edək ki, genişləndirmə işləri çərçivəsində Xırdalan dairəsinin altındakı tuneldə zolaqların sayının 4-dən 8-ə çatdırılması və yan tərəflərində əlavə köməkçi zollaqların salınması nəzərdə tutulur.

Oxşar xəbərlər

Bakı-Sumqayıt yolu genişləndirilir - FOTO

Bakı-Sumqayıt yolu genişləndirilir - FOTO

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, xüsusən günün pik saatlarında tıxacın yaranmasının qarşısını almaq məqsədi ilə, prezident İlham Əliyevin tap...

7656 Sosial 08:58 17 dekabr 2019

Son xəbərlər