Bakı-Sumqayıt-Bakı qatarında gediş haqqı bahalaşdı (YENİ QİYMƏTLƏR)
02
mar
2017
16:37
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı tariflərində dəyişiklik edilir.
Bu, "Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə daxil olan məlumatda bildirilib.
Belə ki, xidmət xərclərinin balanslaşdırılması məqsədilə martın 3-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı tarifləri aşağıdakı cədvələ uyğun olaraq dəyişdirilir:
İstiqamət | Tarif (manatla) | |
| ekonom | biznes | |
| Bakı-Sumqayıt (Sumqayıt-Bakı) | 1,00 | 1,60 |
| Bakı-Biləcəri (Biləcəri-Bakı) | 0,40 | 1,20 |
| Bakı-Xırdalan (Xırdalan-Bakı) | 0,60 | 1,40 |
| Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri) | 0,40 | 0,80 |
| Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri) | 0,80 | 1,40 |
| Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan) | 0,60 | 1,20 |
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
Bakı-Sumqayıt qatarlarının yeni hərəkət CƏDVƏLİ
Biləcəri və Xırdalan stansiyalarında dayanacağın verilməsi ilə əlaqədar 2016-cı il noyabrın 19-dan Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarla...