Bakı metrosunun 26 stansiyasında rəislər dəyişdirilib - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
“Bakı Metropoliteni” QSC-nin 26 stansiyasının rəisi vəzifəsindən azad edilib, onlardan 24-ü rotasiya qaydasında digər stansiyalara rəis təyin edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, yalnız “Nəriman Nərimanov” stansiyasının rəisi Arif Həsənli öz vəzifəsində qalıb.
Səhmdar cəmiyyətinin sədri Zaur Hüseynovun əmri ilə vəzifəsindən azad edilmiş “Bakmil” stansiyasının rəisi Dəyanət Dadaşov və “Xocəsən” stansiyasının rəisi Seyfulla Vəliyev qurumda başqa vəzifələrə təyin ediliblər. Onların yerinə hər iki yerüstü stansiyaya təyinat olmayıb.
Xatırladaq ki, “Bakı Metropoliteni”nun uzunluğu 40 km-ə çatan 27 stansiyası var.
Oxşar xəbərlər
Bakı Metropoliteni: "Təmir zavodu tikildikdən sonra başqa ölkələrdən də qatar ala bilərik"
Noyabrın 6-da Bakı metrosunun 55 yaşı tamam olur. BAKU.WS xəbər verir ki, bu ərəfədə “Bakı Metropoliteni” QSC-nin Baş mühəndisi Əlixan Osmanov report-a müsahibə...