Bakı metrosunda bu gecə təlim keçiriləcək
28
fev
2024
22:35
Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC 29 fevral 2024-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.
BAKU.WS Nazirliyə istinadən xəbər verir ki, təlimin metronun “Nəriman Nərimanov” stansiyasında keçirilməsi planlaşdırılır.
“Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda baş tutacaq təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.
Oxşar xəbərlər
Metroda təlim: Şərti yanğın söndürüldü - FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyi (FHN) və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Sahil” stansiyasında təlim keçirilib. Bu barədə FHN-dən məlu...