Bakı metrosuna yeni vaqonlar mayda gətiriləcək

Bakı metrosuna yeni vaqonlar mayda gətiriləcək
Sosial 259

“Bu ilin may ayında Bakıya yeni metro vaqonları gətiriləcək”.

BAKU.WS xəbər verir ki, bunu “Report”a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, ölkəyə ümumilikdə 20 vaqonun gətirilməsi gözlənir:

"Yeni vaqonların istehsalı eyni zamanda aparılır. Bu səbəbdən bu il üçün nəzərdə tutulan 20 vaqon və yaxud 4 qatarın eyni vaxtda Bakıya gətirilməsi gözlənir. Digər vaqonlar isə razılaşmaya görə, növbəti iki ildə gətiriləcək".

Xatırladaq ki, ötən il oktyabr ayında "Bakı Metropoliteni" Rusiyanın ”Transmaşholdinq” QSC-yə daxil olan “Metrovaqonmaş” ASC ilə yeni vaqonların (qatarların) alınmasına dair yeni müqavilə imzalayıb.

Müqavilənin şərtinə görə, qarşıdakı 3 ildə hər il 20 vaqon, yaxud 4 qatar olmaqla ümumilikdə 60 qatar və yaxud 12 qatarın Bakıya gətirilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər

Bakı metropoliteni yeni qatarlarla bağlı məlumat yaydı - FOTO

Bakı metropoliteni yeni qatarlarla bağlı məlumat yaydı - FOTO

Bakı metropolitenində 5 ilə yaxındır istismarda olan 81-760.B/761.B/763.B tipli yeni nəsil qatarlarında planlı qaldırma təmirinə başlanılıb. Bu barədə Bakı metr...

451 Sosial 14:44 07 fevral 2020

Son xəbərlər