Bakı metropolitenində bazar günü üçün qatarların iş qrafiki açıqlanıb
28
dek
2024
15:36
Dekabrın 29-da Bakı metropolitenində qatarlar iş günlərinə uyğun qrafiklə fəaliyyət göstərəcək.
Bu barədə BAKU.WS "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.
Beləliklə, bazar günü gur saatlarda, yəni səhər 07:00-dan 10:00-dək, axşam isə saat 17:30-dan 19:30-dək "28 May-Əhmədli" xətlərində interval 2 dəqiqə, "28 May-Dərnəgül" və "28 May-İçərişəhər" xəttlərində 4 dəqiqə təşkil edəcək. Bu iki xətt "28 May" stansiyasında birləşir.
"Bakmil istiqamətində hərəkət edən sərnişinlərdən iş günlərinin cədvəlinə uyğun hərəkət etmələri xahiş olunur", - məlumatda deyilir.
Oxşar xəbərlər
Doğulduğumuz gün xarakterimizə və qərarlarımızın formalaşmasına təsir göstərə bilər
Son araşdırmalar və astroloji yanaşmalar göstərir ki, insanın doğulduğu gün onun xarakterinə, davranışlarına və hətta həyat seçimlərinə müəyyən təsir göstərə bi...