Bakı Kənar Dairəvi yolunda TƏHLÜKƏ
"Necə olmalıdır?" rubrikasının növbəti buraxılışı yayımlanıb. Bu dəfə Bakı Kənar Dairəvi yolundakı işıqlandırma problemi diqqətə çatdırılıb.
Xatırladılıb ki, əvvəlki buraxılışlardan birində yolun Badamdar maşın bazarına yaxın hissəsinin işıqlandırılmaması ilə bağlı məlumat verilmişdi.
Qeyd olunub ki, ərazidə müəyyən işlər görülməsinə baxmayaraq, qaranlıq düşdükdən sonra vəziyyət əvvəlkindən fərqlənmir. İşıqlandırılmayan hissələrdə yolayrıcı və kəsişmələri görmək çətinləşir ki, bu da qəza riskini artırır.
Üstəlik, həmin yolda avtomobillər minimum 60 km/saat sürətlə hərəkət etdiyindən sürücülərin yerdəki xətlənmələrə uyğun reaksiya verməsi daha da çətinləşir.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Pulu hər şeydən üstün tutduğu deyilən 5 bürc – Astroloqların siyahısı
Astrologiyada bəzi bürclərin maddi rifah, maliyyə sabitliyi və karyera uğurlarına digərlərindən daha çox önəm verdiyi bildirilir. Astroloqların fikrincə, bu xüs...