Bakı-Gəncə istiqamətində əlavə qatar təyin edilib
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Dəmir Yolları” QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sərnişlərin artan tələbatını təmin etmək məqsədilə Bakı-Gəncə-Bakı istiqamətində əlavə bir qatar təyin edib.
Bu barədə BAKU.WS-ə qurumdan məlumat daxil olub.
704/703 nömrəli Bakı-Gəncə-Bakı sürət qatarı hər iki istiqamətə təyin edilib. Belə ki, 05 və 06 yanvar tarixlərində əlavə təyin edilən qatar Bakıdan saat 08.00-da yola düşəcək və Gəncəyə saat 11:45-də çatacaq. Gəncədən saat 16.00-da geri yola düşəcək olan qatar saat 19:45-də paytaxtda olacaq.
Mövcud saat 08.45 Bakı-Gəncə və saat 17.00 Gəncə-Bakı sürət qatarları isə normal qrafikləri üzrə fəaliyyət göstərəcəklər.
Oxşar xəbərlər
Bakı-Tbilisi və Bakı-Böyük Kəsik qatarlarından istifadə edən sərnişinlərə ŞAD XƏBƏR
Azərbaycanda sərnişin qatarlarının maksimal hərəkət sürətlərinin artırılması ilə əlaqədar dekabrın 8-dən beynəlxalq və ölkədaxili sərnişin qatarlarının 2019/202...