Bakı-Ələt yolunda yeni piyada keçidi inşa edilib
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunda yeni piyada keçidinin inşa edilib.
Bu barədə BAKU.WS Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, yeni yerüstü piyada keçidi M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 266,6-cı km-də tikilib.
Dəmir-beton və metal konstruksiyalı olan keçidin uzunluğu 46 metr, eni 3,2 metr, yol səviyyəsindən hündürlüyü isə 5,5 metr təşkil edir. Hazırda keçidin ətrafında abadlaşdırılma işləri aparılır.
Layihə çərçivəsində yolun hər iki tərəfində avtobus dayanacağının quraşdırılması nəzərdə tutulub.
Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
Qalereya
Oxşar xəbərlər
Xarabalığa çevrilmiş unikal tarixi abidə: Alban dövrünə aid məbədin acınacaqlı vəziyyəti
Balakən rayonunun Talalar kəndində yerləşən Nur kilsəsi tarixə qovuşmaq üzrədir. Alban dövrünün erkən xristian abidələrindən hesab olunan məbədin həm restavrasi...