Bakı bulvarında yeniliklər

Dənizkənarı Milli Park ərazisində qış mövsümünə hazırlıq işləri aparılır.
Bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı BAKU.WS-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ərazidə ağaclarda və kollarda budama işləri aparılır.
“Yaşıllıqlara və ağaclara yemləmə və gübrələr verilir. Soyuğa davamsız nadir ağacların üzəri xüsusi formada bağlanılır. Kaktus bağçasının üzəri bağlanılır.
Ərazidə çalışan əməkdaşlar qış mövsümünə uyğun uniformalarla təmin olunur. Texnika saz vəziyyətə gətirilib. Müvafiq təmir-bərpa işləri aparılır.
Qış fəsli üçün səciyyəvi olan mövsümi çiçəklərin yerləri hazırlanır. Qışda həmin çiçəklərin əkilməsi nəzərdə tutulur.
Bulvar ərazisində quşların daldalanması üçün yeni yuvalar asılır. Ərazdə Yeni ilə hazırlıqla bağlı tədbirlər görülür.
Belə ki, Neftçilər prospekti boyu ağacların bəzədilməsi işlərinə artıq start verilib. Ərazidə ayrı-ayrı kompazisiyaların qurulmasına hazırlıq işləri başlanılıb”, - deyə qurum rəsmisi bildirib.
Ziya SƏCCAD
Oxşar xəbərlər
Bakının əsas girişində aparılan təmir işləri 10 günə yekunlaşacaq
Bakının cənubunda, Bibiheybət məscidi istiqamətində yolda aparılan təmir işlərinin nə zaman yekunlaşacağı açıqlanıb.“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentl...
