Sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan "soyqırım"a – RƏSMİ AÇIQLAMA (VİDEO)

01
fev
2019
16:47
Bakıda ağacların kütləvi kəsilməsilə bağlı məlumatlar yayılır. BAKU.WS-ə şikayət edən şəxslər bildirirlər ki, Atatürk parkında və şəhərin müxtəlif ərazilərində, ağacları yarıdan kəsirlər. Sosial şəbəkələrdə bu faktın soyqırım təsiri bağışladığı bildirilir. Məsələyə aydınlıq gətirmək üçün Bakı Meriyası ilə əlaqə saxladıq. Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, ərazidə yenidənqurma işləri aparılır. “Yaşı ötmüş, qocalmış ağaclar ruslar demişkən “омоложение” edilir, yəni cavanlaşma aparılır. Bu zaman ağaclar yenidən töfhə verəcək. Ümumilikdə aqrotexniki budama işləri aparılır. Bundan başqa, çürümüş, qəzalı olan ağaclar da götürülüb. Onların yerinə yeniləri əkiləcək. Başı kəsilən ağacların hamısı cavanlaşdırılır. Onların üst hissəsindən budanır. Əgər ağacın 50-60 yaşı varsa, onun yaşı keçmiş hesab olunur. Onun üst hissəsindən kəsəndən sonra onun ömrünü 30 il artırırıq. Əslində Bakıda ağacların 90 faizi cavanlaşmalıdır”, - deyə Orxan Məmmədov bildirib. Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Bakı meriyasından təhlükə ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
Bu gecə saat 3-dən başlayan külək Bakıda ağacları kökündən qoparıb və bir sıra fəsadlar yaradıb.Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfa...
