İcra Hakimiyyətindən XƏBƏRDARLIQ - Maşınları ağacların altında saxlamayın! - VİDEO

İcra Hakimiyyətindən XƏBƏRDARLIQ - Maşınları ağacların altında saxlamayın! - VİDEO
Video
Sosial 1040
Bakı Şəhəri İcra Hakimiyyəti güclü küləklə bağlı paytaxt sakinlərinə xəbərdarlıq edib. Vətəndaşlardan avtomobillərini ağacların altında park etməmək tövsiyyə olunur.Güclü külək paytaxt ərazisində vətəndaşlara məxsus 7 nəqliyyat vasitəsinə və 4 evə ziyan vurub.Yanvar ayından bu günə qədər güclü külək nəticəsində ağaclar aşdığından belə hadisələr yaşanıb.Bu cür halların yenidən yaşanmaması üçün Bakı şəhəri icra hakimiyyəti yaşıllaşdırma təsərrüfatı birliyinin bitkilərin mühafizəsi idarəsi paytaxt sakinlərinə xəbərdarlıq edib. İdarənin rəisi Orxan Məmmədov deyir ki,əksər hallarda vətəndaşlar avtomobillərini məhz ağacların altında saxlayırlar.Güclü külək əsən zaman isə bu olduqcaq təhlükəli vəziyyət yaradır.Orxan Məmmədovun sözlərinə görə,Bakının torpağı münbit olmadığından sağlam ağacların da aşmaq ehtimalı var.Təkcə son iki gün ərzində paytaxtın müxtəlif ərazilərində küləyin təsirindən 30-dan çox ağacın budaqlarının sınması ilə bağlı idarəyə müraciət daxil olub.Ötən gün güclü küləy nəticəsində Səbail rayonu Bayıl qəsəbəsində yeni istifadəyə verilən avtobus dayanacağına da ciddi ziyan vurub. Ekologiya və təbbi sərvətlər nazirliyindən bildirilib ki,güclü külək hava şəraiti sentyabrın 28-i səhərədək davam edəcək.BAKU.WS

Oxşar xəbərlər

Bakıda güclü külək fəsadlar törədib - VİDEO

Bakıda güclü külək fəsadlar törədib - VİDEO

Bakıda güclü külək bir sıra fəsadlar törədib.“Report”un məlumatına görə, paytaxtın Nəsimi rayonunun Xan Şuşinski küçəsində küləyin aşırdığı ağac minik avtomobil...

2007 Hadisə 20:43 09 avqust 2018

Son xəbərlər