Bakı meriyasından təhlükə ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
17
yan
2019
10:14
Bu gecə saat 3-dən başlayan külək Bakıda ağacları kökündən qoparıb və bir sıra fəsadlar yaradıb.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib.Qurum rəsmisi bildirib ki, bu saatlara qədər paytaxtda 4 ağac aşıb.“Hələlik bizə verilən məlumata görə 4 ağac aşıb. Problemi aradan qaldırmışıq. Axşam külək nəhəng şam ağacını kökündən qoparıb və bir neçə metr kənara atıb”, - deyə Orxan Məmmədov bildirib.Qurum rəsmisi paytaxt sakinlərinə güclü küləklə bağlı müraciət də edib:“Sürücülərdən xahiş edirik ki, maşınlarını böyük ağacların altında saxlamasınlar. Hətta insanların özü də ağacların altında dayanmasınlar. Son dərəcə diqqətli olmaq lazımdır”, - deyə Orxan Məmmədov bildirib.Ziya SƏCCADBAKU.WSOxşar xəbərlər
Bakıda güclü külək ağacı kökündən çıxardı - FOTO
Bakıda ötən gün axşam saatlarından başlayan güclü külək nəticəsində indiyədək şəhərin müxtəlif yerlərində 16 ağac aşma hadisəsi baş verib.BAKU.WS xəbər verir ki...