Bakıda güclü külək ağacı kökündən çıxardı - FOTO
05
yan
2019
10:30
Bakıda ötən gün axşam saatlarından başlayan güclü külək nəticəsində indiyədək şəhərin müxtəlif yerlərində 16 ağac aşma hadisəsi baş verib.BAKU.WS xəbər verir ki, bunu trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.Onun sözlərinə görə, aşma hadisələri Bakının Nəsimi və Yasamal rayonlarında qeydə alınıb.O.Məmmədov əlavə edib ki, külək bir cinar ağacını kökündən çıxarıb, daha 15 cinar, qarağac, qovaq və sərv ağaclarının isə budaqları sınıb.Birlik rəsmisi dünən gecədən heyətin gücləndirilmiş iş rejimində çalışdığını da qeyd edib.BAKU.WS
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) güclü küləklə bağlı paytaxt sakinlərinə, xüsusilə sürücülərə xəbərdarlıq edib.BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitki...