Bakı-Balakən-Bakı dəmiryol marşrutu ilə gecə səfərləri işə düşür
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Bakı-Balakən-Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verir.
Bu barədə qurumdan məlumat verilib.
Bildirilib ki, yataq tipli qatarlar yanvarın 3-dən etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, 4 yanvardan isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək (Bakıdan Balakənə 8 saat 20 dəqiqə, Balakəndən Bakıya 8 saat 40 dəqiqə).
Marşrut üzrə Şəki, Zaqatala, Qax və Balakən stansiyaları, eyni zamanda dörd aralıq dayanacaqda da sərnişinlərin düşüb-minməsi təmin ediləcək.
Qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), "ADY Mobile" mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür.
Oxşar xəbərlər
WhatsApp istifadəçilərini SEVİNDİRƏCƏK YENİLİK
"iOS" əməliyyat sistemində "WhatsApp" istifadəçiləri üçün daha bir yenilik təqdim olunub. Artıq proqramda sənədləri skan etmək mümkün olacaq. Bu yenilik haqqınd...