Bakıdakı notariuslar niyə işləmir? - SƏBƏB
Bakıda fəaliyyət göstərən notariusların işində problem yaranıb.
Şəhər sakinlərinin verdiyi məlumata görə, dünən demək olar ki, bütün notariuslarda onlara xidmət göstərilməyib. Səbəb kimi sistemin işləməməsi göstərilib.
Yaranan texniki problem "ASAN xidmət” mərkəzlərindəki noratiat xidmətlərində də müşahidə edilib. Notariusların fəaliyyətində fasilə yaranmasını Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən də təsdiqləyiblər.
Bildirilib ki, Ədliyyə Nazirliyi bununla bağlı əvvəlcədən xəbərdarlıq edib: "Elan olunmuşdu ki, notariusların işində 2 gün fasilə yaranacaq. Bu, sistemdəki texniki yenilənmə ilə izah olunub”.
Ədliyyə Nazirliyinin Notariat İdarəsindən isə bildirdilər ki, bu gün notariat kontorlarının işində heç bir problem yoxdur, onlar əvvəlki qaydada işləyirlər: "Son günlərdə yağan intensiv yağışlar nəticəsində optik xətlərdə problem yarana bilər. Yəqin sistemin dayanması bununla bağlı olub”. (fins.az)
BAKU.WS
Oxşar xəbərlər
Prezident ASAN xidmətlə bağlı sərəncam imzaladı
Azərbaycan prezidenti İlham Əliyev "ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin inkişafı, işçilərinin və könüllülərinin həvəsləndirilməsi ilə bağlı bəzi tədbirlər...