Prezident ASAN xidmətlə bağlı sərəncam imzaladı

Prezident ASAN xidmətlə bağlı sərəncam imzaladı
Siyasət 2120
 

Azərbaycan prezidenti İlham Əliyev "ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin inkişafı, işçilərinin və

könüllülərinin həvəsləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi işçilərinin, "ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin və könüllülərin həvəsləndirilməsi, habelə mərkəzlərin fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 5 milyon manat ayrılıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə "ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin inkişafı ilə əlaqədar tədbirlər görmək, işçilərinin, mərkəzlərdə fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin və könüllülərin həvəsləndirilməsi məqsədi ilə onlara bir il müddətində aylıq mükafat verilməsini təmin etmək tapşırılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Qeyd edək ki, sərəncam 2016-cı il avqustun 1-dən qüvvəyə minib.

BAKU.WS

Oxşar xəbərlər

Prezident fərman imzaladı: Bu xidmət ləğv edildi

Prezident fərman imzaladı: Bu xidmət ləğv edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti ləğv edilib. Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı "Azərb...

11996 Sosial 21:41 24 iyun 2016

Son xəbərlər