Bakıda yağışa görə sürət həddi endirildi

Bakıda yağışa görə sürət həddi endirildi
Sosial 538
Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ şosesi - Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən bildirilib."Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik", - deyə agentlikdən bildirilib.BAKU.WS

Oxşar xəbərlər

Bakının bu yolunda sürət həddi azaldıldı

Bakının bu yolunda sürət həddi azaldıldı

Bakıda yağıntılı hava şəraiti ilə bağlı Heydər Əliyev prospekti - Hava Limanı yolunda sürət həddi azaldılıb.Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlum...

743 Sosial 11:30 18 dekabr 2018

Son xəbərlər