Bakıda bu yolda sürət həddi 20 km/s azaldıldı

Bakıda bu yolda sürət həddi 20 km/s azaldıldı
Video 672
Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.Agentlik sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edir: "Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik".BAKU.WS

Oxşar xəbərlər

Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh yolunda sürət həddi endirilib

Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh yolunda sürət həddi endirilib

Hazırda Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi...

582 Sosial 09:56 12 noyabr 2018

Son xəbərlər