Bakıda bu yollarda sürət həddi endirilib
30
mar
2018
21:55
Hazırda müşahidə edilən hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Buzovna yolu və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, məqsəd qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.Bakı Nəqliyyat Agentliyi bir daha sürücülərdən xahiş edir ki, bu cür güclü küləkli hava şəraitində nəqliyyat vasitələrini yollarda müəyyən edilən sürət həddinə əməl etməklə idarə etsinlər.BAKU.WS
Oxşar xəbərlər
Yağışla əlaqədar sürücülərə XƏBƏRDARLIQ
Martın 11-i axşam saatlarından başlayaraq müşahidə edilən yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna...