Bakıda bu yollarda sürət həddi endirildi

Bakıda bu yollarda sürət həddi endirildi
Sosial 793

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

BNA-nın sürücülərə müraciətində bildirilir ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir:

"Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, metereoloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik".

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər