Yağış xəbərdarlığı - Sürət həddi 20 km/saat endirildi

Yağış xəbərdarlığı - Sürət həddi 20 km/saat endirildi
Şou-biznes 1285
Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ şosesi-Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. BAKU.WS-in məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib. Onun sözlərinə görə, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir: "Sürücülərdən nəqliyyat vasitələrini yollarda sürət həddinə əməl etmələrini, meterioloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla idarə etmələrini xahiş edirik. Eyni zamanda piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik".AbbasBAKU.WS

Oxşar xəbərlər

Yağış xəbərdarlığı - Sürət həddi 20 km/saat endirildi

Yağış xəbərdarlığı - Sürət həddi 20 km/saat endirildi

Bakı Nəqliyyat Agentliyi (BNA) yağışlı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.BNA-dan BAKU.WS-ə verilən məlumata görə, yağışlı hava şəraiti ilə əlaqədar Hey...

2482 Sosial 09:19 05 oktyabr 2018

Son xəbərlər