Bakıda bu yolda sürət həddi azaldıldı

Bakıda bu yolda sürət həddi azaldıldı
Sosial 3
Bakıda Bilgəh-Mərdəkan yolunda sürət həddi azaldılıb.Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. Məlumatda bildirilir ki, dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospektinin bəzi hissəsində (Sabunçu körpüsündən Əmircan qəsəbəsinə və Bilhəhdən Mərdəkan qəsəbəsinədək) sürət həddi bütün zolaqlar üzrə 20 km/saat endirilib.Məlumat üçün qeyd edək ki, hazırda paytaxtın Heydər Əliyev prospekti ("Koroğlu" metrostansiyasından hava limanı istiqamətində), Ziya Bünyadov prospekti ("Koroğlu" metrostansiyası istiqamətində) Sabunçu-Zabrat yolunda, Bakıxanov, Qaraçuxur qəsəbələrində, Nizami rayonun müəyyən hissəsində duman müşahidə edilir. Sürücülərə diqqətli olmalarını tövsiyə edirik.BAKU.WS

Oxşar xəbərlər

Bakıda bu yollarda sürət həddi endirilib

Bakıda bu yollarda sürət həddi endirilib

Hazırda müşahidə edilən hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Buzovna yolu və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqla...

975 Sosial 21:55 30 mart 2018

Son xəbərlər