Bakının bu yolunda sürət həddi azaldıldı

Bakının bu yolunda sürət həddi azaldıldı
Sosial 743

Bakıda yağıntılı hava şəraiti ilə bağlı Heydər Əliyev prospekti - Hava Limanı yolunda sürət həddi azaldılıb.

Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti - Hava Limanı - Bilgəh və Zığ şosesi - Hava Limanı avtomobil magistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş edilir.Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmək tövsiyə edilir.BAKU.WS

Oxşar xəbərlər

Bakıda bu yolda sürət həddi 20 km/s azaldıldı

Bakıda bu yolda sürət həddi 20 km/s azaldıldı

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həd...

672 Video 10:57 02 dekabr 2018

Son xəbərlər