Bakıda reyd keçirildi
08
yan
2018
14:30
Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsi (DYP) qanunsuz sərnişin daşıyan mikroavtobuslarla bağlı reydlərini davam etdirir.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, yanvarın 8-də səhər saatlarında növbəti reyd keçirilib.Sumqayıt Şəhər Nəqliyyat Departamenti ilə birgə keçirilən reyd zamanı Bakı-Sumqayıt marşrutu üzrə qanunsuz sərnişin daşıyan mikroavtobuslar aşkarlanıb.Reyd zamanı 15 mikroavtobus qanunsuz sərnişin daşıdığı üçün saxlanılıb və Sumqayıt Şəhər Nəqliyyat Departamentinin duracağına yerləşdirilib.BAKU.WS
Oxşar xəbərlər
Polislə sürücü arasında mübahisə: "Sən nə danışırsan?" (VİDEO)
Dövlət Yol Polisi istər yol hərəkəti, istər də sərnişindaşıma qaydalarının pozulması ilə bağlı profilaktik reydlərini davam etdirir. APA TV-nin qərb bürosunun x...