Bakıda qeyri-adi küçə: Bir məhəllədə 10 çöpçü var - VİDEO

Bakıda qeyri-adi küçə: Bir məhəllədə 10 çöpçü var - VİDEO
Video
Sosial 2349

Bakıda bir küçənin 10-a yaxın sakini çöpçülüklə məşğul olur. Belə bir şeyi heç yerdə görə bilməzsiniz. Eşidəndə bizə də elə gəldi ki, yəqin çöpçülər birlikdə razılaşaraq eyni küçəyə köçüblər. Ya da bu insanlar qohumdurlar, nəsillikcə bu işlə məşğul olurlar. Lakin həmin küçəyə gedəndə məlum oldu ki, çöpçülər nəinki qohum deyillər, hətta bir-birinin paxıllığını da çəkirlər ki, niyə filankəsin yanına daha çox adam gəlir. BAKU.WS Xəzər TV-nin bu qeyri-adi məhəllədən hazırladığı reportajı təqdim edir.

Bura NZS qəsəbəsinin Mingəçevir küçəsidir. Küçədə hər addımbaşı çöpçü elanlarını görmək mümkündür.

Küçədə təxminən 10-a qədər çöpçülüklə məşğul olan insan yaşayır. Fikirləşdik ki, onlar ya qohumdur, ya da necəsə birləşib eyni küçədə yaşamaq qərarına gəliblər. Maraqlanmaq üçün qapılarını döydük, amma qapını bağlayıb qaçan da oldu...

Qapını açıb danışmaq istəməyən də...

Bir çöpçünün qapısından çıxan müştəri ilə də rastlaşdıq, razı qalana oxşayırdı.

Həmin çöpçü bizimlə danışar deyib, qapısını döysək də, oğlu bizə yalan danışaraq evdə heç kimin olmadığını dedi.

Çöpçülərin çəkilişdən qaçması şübhə yaratmaya bilməz. Elə yeganə müsahibəyə razılıq verən çöpçü Təhminə xala da deyir ki, burdakı çöpçülər işlərindən daha çox bir-birlərinə paxıllıq etməklə məşğuldur.

Təhminə xaladan soruşuruq ki, bəs niyə bu küçədə çöpçülər bu qədər çoxdur?

1 saata yaxın çöpçülərin məhəlləsində olduq. Amma kimsə çıxıb izah edə bilmədi ki, Allah vergisi dedikləri məşğuliyyətlə, bir-birinin paxıllığını çəkmək necə üst-üstə düşə bilir. Şübhəylə gəldiyimiz məhəllədən, elə şübhəylə də ayrıldıq.

BAKU.WS

Son xəbərlər