Küçə fotoqrafı Tural Huseyn: "Kiminsə görməyindən narahat olan küçəyə çıxmasın" - MÜSAHİBƏ (FOTO)

Küçə fotoqrafı Tural Huseyn: Kiminsə görməyindən narahat olan küçəyə çıxmasın - MÜSAHİBƏ (FOTO)
Sosial 3751

 

"Azərbaycan simaları” (Faces of Azerbaycan) adlı layihəsi ilə Facebookda məşhurlaşan küçə fotoqrafı Tural Hüseyn BAKU.WS-ə müsahibə verib. 

Tural Hüseyn orta məktəbi bitirdikdən sonra fotoqraflığa başlayıb. Bir neçə saytda fotomüxbir kimi də çalışıb. Hazırda küçə fotoqrafiyası ilə məşğuldur. 

BAKU.WS Tural Hüseynlə müsahibəni təqdim edir.

- Yeni layihənlə bağlı idea hardan gəldi?

- İdeya deyəndə ki, bir gün dedim çıxım şəhər camaatını çəkim. Neçə vaxt idi şəkil çəkmirdim. Çıxdım şəhərə, insanlara bir-bir yaxınlaşıb şəkillərini çəkmək istədiyimi bildirdim. Çətin oldu, amma alındı. İki gün çəkiliş etdim şəhərdə, üçüncü günü hamısını hazır edib Facebook səhifəmdə paylaşdım. Belə əks-səda doğuracağını düşünməmişdim. Bir gecəni içində partladı demək olar. Həyəcandan yata bilmirdim.

- İnsanlara yaxınlaşıb şəkillərini çəkmək istədiyini deyəndə reaksiyaları necə oldu?

- Belə deyim, Bakıda narazılıq edənlər daha çox yaşlı nəsildir. Cavanlardan da vardı, amma azdır. Çünki Bakı bölgələrimizlə müqayisədə müasirləşib. Gəncədə daha çox həmcinslərim etiraz edirdilər. Qızları çəkirdim, oğlanları çəkə bilmirdim. Qızları da çətinliklə çəkə bildim, səhifəmin izləyiciləri bu işdə kömək etdilər. 

- Fiziki məhdudiyyətli şəxslərin fotoları da maraqla qarşılandı. 

- Fiziki məhdudiyyətli şəxsləri çəkməyi çoxdan düşünürdüm. Sadəcə elə bir vaxta təsadüf etdi ki, fikirləşdim necə edim ki, insaları hiddətləndirməsin. Ağlıma bayraq gəldi, bayraq aldım getdim çəkdim. O da maraqla qarşılandı. 

- "Azərbaycan simaları” (Faces of Azerbaycan) layihəni çəkmək üçün başqa hansı rayonlar planında var?

- Açığı birinci dəfə Bakı var idi fikrimdə, daha sonra düşündüm niyə də bölgələrimizdəki insanları çəkməyim? Planımda rayonlarımızın hamısı var, Sadəcə maliyyəm yoxdur deyə reallaşdıra bilmirəm. Bu yaxın günlərdə Sumqayıtı çəkdim, ona da bir tanış hüquqşunas kömək etdi. Bir neçə yerə müraciət etmişik, onlardan cavab gələnə kimi hələ ki, o kömək edəcək. Növbəti rayonlardan Lənkəran var fikrimdə, ora gedəcəm alınsa. 

- Lənkəranda çəkə biləcəksən insanları? Bölgə adamları daha mühafizəkar olur. 

- Çəkəcəm, çünki ordan təkliflər çoxdur. Səhifənin üzvləri var Lənkərandan, onlar deyib kömək edəcəklər. 

- Şəhərdə kimə yaxınlaşırsan sorğu üçün etiraz edir, video, foto çəkdikdə yaxınlaşıb düşmək istəmədiyini bildirir. İnsanlarda bu kompleks nədən irəli gəlir?

- Düzü mənə çatmır o düşüncə. Onları çəkib nə edəcəyik ki? İnsanların görməyinə görə narahat olurlarsa o zaman ümumiyyətlə küçəyə çıxmamalıdırlar. Küçədə insanı daha çox görürlər. 

- Gələcəkdə bu layihəni dünya səviyyəsinə çatdırmaq fikrin var?

- Var, amma bunun üçün böyük maliyyə dəstəyi lazımdır. Hər hansısa bir təşkilat, qurum dəstək olsa niyə də olmasın? Fikrimdə var ki, Azərbaycandan kənarda yaşayan həmyerlilərimizi çəkim. Hazırda reallaşdırmaq imkanlarım məhduddur, gələcəkdə bəlkə alınar ən azı Türkiyədə, Gürcüstanda və İranda yaşayan azərbaycanlıları çəkə bildim. 

- Hazırda bildiyim qədər işsizsən. Bir çox həmkarların toy fotoqrafiyası ilə məşğul olub qazanc əldə edə bilirlər, sən nə əcəb etmirsən?

- Toy fotoqrafiyasını sevmirəm, ona görə yenə məşğul olmuram. Ümumiyyətlə o toy mühiti məni özünə çəkmir. 

- Bir insan fotoqraf olmaq üçün əsasən nələri bilməlidir? Bunun üçün bahalı fotoaparat kifayət edir ya mütləq təcrübə də lazımdır?

- Belə deyim, bahalı fotoaparat kadrı sadəcə daha aydın, daha gözəl göstərir. İstiqaməti düz tutmaq, anı yaxalamaq isə fotoqrafın özündən asılıdır. Burada təcrübə də rol oynayır, istedad da. Təcrübə üçün isə müəyyən müddət bu işlə məşğul olub bacarığını və imkanlarını daha da təkminləşdirməlisən. Fotoqrafiya kənardan asan görünə bilər, amma nə qədər çətin və məsuliyyətli sahə olduğunu yalnız bu işlə ciddi məşğul olanlar bilir. Yeni-yeni bu sahəyə gələnlərə dəstək vacibdir. Bu sənətlə uzun müddət məşğul olan fotoqraflarımız yeni başlayanlarla təcrübələrini bölüşməlidirlər. Bizdə isə bu yoxdur, öyrətmirlər, ona görə inkişaf yoxdur. 

Ayşən Ayxan

BAKU.WS

Oxşar xəbərlər

Hüseyn Dəryanın yeni treki yayıldı (VİDEO)

Hüseyn Dəryanın yeni treki yayıldı (VİDEO)

Rejissor Kənan M.M məhrum reper Hüseyn Dəryanın heç bir yerdə səslənməyən "Rep danışacaq" adlı trekini təqdim edib. BAKU.WS məlumat verir ki, rejissor reperin...

2475 Şou-biznes 14:31 25 aprel 2016

Son xəbərlər