Bakıda motosikletlərə qoyulan qadağa aradan qaldırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda motosikletlərin hərəkətini qadağan edildiyi bildirilən nişan götürülüb.
Bu barədə baykerlər BAKU.WS-ə bildiriblər. Onların verdiyi məlumata görə, Azneft meydanında, Neftçilər prospektində qoyulan nişanlar artıq bu gün götürülüb.
Xatırladaq ki, bir neçə gün əvvəl Bakının mərkəzində motosikletlərin qadağan edilməsini göstərən nişan qoyulmuşdu. Sonradan həmin nişanların paytaxtın bir neçə yerində də qoyulacağı deyilirdi. Yol polisi isə nişanların insanların şikayəti əsasında qoyulduğunu bildirmişdi. Baykerlər isə buna etiraz edirdilər.
Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Bakının 6 yerində motosikletlə hərəkət qadağan edildi
Bakının bəzi ərazilərdə motosikletlə hərəkət qadağan ediləcək. Bakı şəhər Dövlət Yol Polsi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədovun BAKU.WS-ə verdi...