Bakı polisi motosiklet "ovu"na başlayıb

Bakı polisi motosiklet ovuna başlayıb
Sosial 1200

 

"Bakıda yol polisi tərəfindən iki təkərli nəqliyyat vasitələrinə qarşı ova başlayıb".

BAKU.WS-in məlumatına görə, bu barədə tanınmış aparıcı, telejurnalist Azər Qəribov bildirib. Onun sözlərinə artıq bir müddətdir ki, yol polisi xüsusilə motosikletləri saxlayaraq cərimə meydançasına göndərir. Bakı şəhərində xidmət sahəsində fəaliyyət göstərən şirkətlərin kuryerləri öz işlərini yerinə yetirməkdə çətinlik çəkir. 

Telejurnalist bu problemə diqqət çəkərək yol verilən nöqsanların aradan qaldırılmasını tələb edib: "Yol polisinin tək izahatı ondan ibarətdir ki, bəzi motosikletçilər yol hərəkət qaydalarına riayət etmirlər və qəzalar edir. Yəni, əgər hansısa bir yolda vətəndaş avtomobili ilə qəza törədirsə, onda bütün avtomobilləri sürmək qadağan edilməlidir? Əgər yol polisi qaydaları pozan motosikletçilərin öhdəsindən gələ bilmirsə, onda daha peşəkarları işə cəlb etmək lazımdır. Neftçilərin prospektində quraşdırılmış nişan motosikletlərin hərəkətini qadağan edir. Yol polisi bu cür addımlarla özləri qəza vəziyyəti yaradır", - deyə A.Qəribov bildirib. 

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Yol polisinin Neftçilər prospektindəki yol nişanından xəbəri yoxdur

Yol polisinin Neftçilər prospektindəki yol nişanından xəbəri yoxdur

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Neftçilər prospektində hələlik motosikletlərin hərəkətləri ilə bağlı heç nəyi qadağan etməyib. Qurumun mətbuat xidmətinin...

1960 Sosial 17:48 30 oktyabr 2015

Son xəbərlər