Bakıda görünməmiş aksiya: sürücü ilə müştəri yumurta döyüşdürəcək

Bakıda görünməmiş aksiya: sürücü ilə müştəri yumurta döyüşdürəcək
Sosial 1541
 

Bakıda fəaliyyət göstərən özəl taksi şirkətlərindən birində qeyri-adı aksiya təşkil edilib. Belə ki, yel çərşənbəsinə özəl olaraq bu gün taksidən istifadə edən hər bir müştəri sürücü ilə yumurta döyüşü keçirəcək. Yumurta döyüşündə qalib gələn müştəri gedəcəyi ünvanın pulunu ödəməyəcək.  

BAKU.WS-in şirkətdən əldə etdiyi məlumata görə, bu aksiya yalnız bu gün cərşənbəyə özəl olaraq təşkil edilib. Ünvanın sonunda müştəriyə yumurta döyüşü təklif olunur. Qalıb gələn sərnişindən heç bur yol pulu tələb olunmayacaq. 

Sosial şəbəkədə artıq dünəndən aksiya haqda anonslar payıaşılır: 

"Eşitmədik deməyin! Bu Çərşənbə axşamı taksilərimizdə əsl yumurta döyüşü olacaq! 

Belə ki, sürücüylə yumurta döyüşündə qalib gələn müştərini gedəcəyi ünvana pulsuz aparacağıq. Siz də bu maraqlı, həm də əyləncəli oyunda iştirak edərək öz təəsüratlarınızı bizimlə bölüşməyi unutmayın" 

Arzu Mirzəyeva

BAKU.WS

Oxşar xəbərlər

Saxta yumurta barədə - RƏSMİ AÇIQLAMA

Saxta yumurta barədə - RƏSMİ AÇIQLAMA

Dövlət Gömrük Komitəsi (DGK) son günlər bir sıra kütləvi informasiya vasitələrində Çindən Azərbaycana saxta yumurta və düyü idxal edilməsi ilə bağlı yayılan məl...

3568 Sosial 09:20 24 noyabr 2016

Son xəbərlər