Bakıda elektron ödəmə terminallarında PROBLEM: Əhali işıqsız və susuz qalıb
31
avq
2017
23:34
Bakıdakı elektron ödəmə sistemlərində problem yaranıb. BAKU.WS-in məlumatın görə, bu gün axşam saatlarından etibarən şəhərin əksər nöqtələrindəki elektron ödəmə sistemlərində kommunal xərclərin ödənilməsi mümkün deyil. İstər “Milli ön”, istər “E-manat”, istərsə də “Easypay”də nə elektrik enerjisi, nə də su ilə bağlı balansı artırmaq mümkün olmur. Nəticədə Bakı sakinlərinin bir çoxu saat 19:00 radələrindən işqısız və susuz qalıb. “Milli ön” ödəmə sistemindən məlumatı təsdiq etdilər. Sistemin qaynar xəttindən BAKU.WS saytının sorğusuna cavab olaraq bildirdilər ki, probelm proflaktik tədbirlərlə bağlıdır. Artıq “Azərsu” xidmətlərində problem həll olunub. Abonentlər ödniş edə bilrələr. Yaxin saatlarda “Azərişıq” xidmətləri də aktivləşdiriləcək.BAKU.WS
Oxşar xəbərlər
Millət vəkili: "Qiymət artımı Azərbaycanın inkişafına böyük töhfə verəcək"
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev kommunal xərclərin qiymətlərinin artırılması ilə bağlı söylədiyi qalmaqall...