Bakıda bu yaşayış yerləri plana düşdü - Əvəzində pul veriləcək (ÜNVANLAR)
15
fev
2018
12:38
Bakının daha bir rayonunda yaşayış üçün yararsız olan qəzalı binalar söküləcək.Bu barədə BAKU.WS-ə Yasamal rayonu İcra Hakimiyyətindən məlumat verilib.Bildirilir ki, pilot layihə çərçivəsində Yasamal rayonunda Qırmızı Şərq küçəsində yerləşən az mərtəbəli və yaşayış üçün yararsız olan tikililərin sökülməsi barədə qərar qəbul olunub.Adı çəkilən küçədə olan 101, 102, 103, 104 saylı qəzalı binalarda yaşayan sakinlər köçürüləcək və söküntü işlərinə başlanılacaq.Lakin hələlik pilot layihəni həyata keçirəcək şirkət müəyyən edilmədiyindən köçürülmə və söküntü işlərinin nə vaxt başlayacağı dəqiq bilinmir.Şirkət müəyyən edildikdən sonra sakinlərlə əldə olunan razılıq nəticəsində kompensaisya ödəniləcək.BAKU.WS
Oxşar xəbərlər
Bakıda bu ünvandakı evlər plana düşdü - VİDEO
Paytaxtın mərkəzində qəzalı vəziyyətdə olan evlər sökülüb,yerində isə müasir formada olan yaşayış binaları tikiləcək. Artıq işlərə də başlanılıb.sakinlərə isə t...