Bakıda bu marşrut xətti ləgv olundu - SİYAHI

Bakıda bu marşrut xətti ləgv olundu - SİYAHI
Sosial 1607
 

Aparılan otimallaşdırma və təkmilləşdirmə işləri ilə əlaqədar olaraq Bakı Nəliyyat Agentliyində (BNA) şəhər nəqliyyatında müntəzəm sərnişindaşıma sahəsində xidmət göstərən daşıyıcı şirkətlərin rəhbərləri ilə görüş keçirilib.

Agentlikdən BAKU.WS-ə verilən məlumata görə, görüş əsnasında qanunvericilikdən irəli gələn və BNA tərəfindən hazırlanan Nəqliyyatın Ümumi Konsepsiyasında nəzərdə tutulan şərtlərə və tələblərə cavab verməyən daşıyıcılarla bağlı tədbir görüləcəyi sahibkarların diqqətinə çatdırılıb. Təkmilləşdirmə işlərinin davamı olaraq müvafiq sərəncama uyğun şəkildə 09.06.2016-cı il tarixindən etibarən 16, 18 və 96  saylı marşrut sözügedən tələblərə cavab vermədiyindən və təkrarlanan marşrut xətləri hesab olunduğundan xəttdən çıxarılıb. Tələblərə uyğun olmayan marşrut xətləri ilə bağlı analoji tədbirlər mərhələli şəkildə davam edəcək.

Məlumatda o da qeyd edilir ki, daşıyıcı şirkət standartlara və tələblərə cavab verən  müasir avtobuslar təklif edərsə alternativ yeni xətlərdə həmin daşıyıcı şirkətlərin xidmətləri dəyərləndiriləcək.

BAKU.WS

Oxşar xəbərlər

63 saylı marşrut xətti ləğv edildi – SƏBƏB

63 saylı marşrut xətti ləğv edildi – SƏBƏB

63 saylı marşrut xəttinin fəaliyyəti dayandırılıb. Bu barədə BAKU.WS-ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. Məlumata görə, Nİİ...

1117 Sosial 14:15 14 aprel 2016

Son xəbərlər