Bakıda avtomat sürət qutulu ən ucuz – 10 AVTOMOBİL

Bakıda avtomat sürət qutulu ən ucuz – 10 AVTOMOBİL
Sosial 9353
Bu ilin əvvəlindən gömrük rüsumlarının dəyişməsi Azərbaycana gətirilən avtomobillərin qiymətinin artması ilə nəticələnib. BAKU.WS xəbər verir ki, dəyişiklik nəticəsində həm yeni, həm də köhnə avtomobillərin qiymətində artım baş verib. Bu vəziyyət məhdud büdcəsi olanların avtomobil seçimini çətinləşdirib. Hazırda ölkədə avtomobil həvəskarlarının böyük hissəsinin «avtomat» sürət qutulu avtomobilə maraq göstərdiyini nəzərə alsaq, onlar üçün bazardakı variantlar elə də çox deyil. Bunu nəzərə alaraq hazırda Bakının avtomobil bazarında satışda olan avtomat sürət qutulu yeni avtomobilləri təqdim edirik.10-cu yer: Volkswagen Polo (High)«Volkswagen Azərbaycan»ın təqdim etdiyi Polo (High) modeli avtomat sürət qutulu ən ucuz modellər arasında ən bahalısıdır. 1,6 litr mühərriki olan avtomobil 105 at gücündədir. Avtomobilin yanacaq sərfiyyatı isə 5,8-7,8 lt arasında dəyişir. Bu kiçik sedanın satış qiyməti minimum 29 100 manatdan başlayır.9-cü yer: «Ford Fiesta»«Ford Azərbaycan»ın təqdim etdiyi Fiesta modeli vaxtilə şəhərin ən diribaş modeli kimi təqdim edilirdi, indi isə ən sərfəli «avtomat» qutulu avtomobillərin arasında yer alıb. 1,6 litrlik, 125 at güclü avtomobilin yanacaq sərfiyyatı 100 kilometrə 7 litr olmalıdır. Xetçbek/universal formalı maşının qiyməti 265 330 manatdır.8-cu yer: Volkswagen Polo (Comfortline)«Volkswagen Azərbaycan»ın təqdim etdiyi Polo (Comfortline) modeli 1,6 litrli mühərriklə təchiz olunub, gücü 105 at gücü ölçüsündədir. 100 kilometrə 7,8 litr yanacaq sərf edən avtomobilin qiyməti 25 500 manatdan başlayır.7-cü yer: «CHERY Tiggo»Çin avtomobilləri onsuz da aşağı qiyməti ilə seçilir. CHERY şirkətinin təqdim etdiyi Tiggo modeli isə bu siyahıdı «çinli»lər arasında ən bahalısı sayıla bilər. 1,6 litrlik mühərrik maşina 132 a gücü verir, yanacaq sərfiyyatı isə 100 km-ə 8 litrdir. Kiçik krossover kim sevilən «Tiggo»ları 25 min manatdan almaq olar6-cı yer: «Renault Logan»«Renault Azərbaycan»in təqdim etdiyi «Logan» modeli siyahıdakı digər avtomobillərdən yalnıx «fransız»lığı ilə fərqlənir. Mühərrik 1,6 litr, avt gücü 81, 100 kilometrə yanacaq sərfi 8 litr. Əsas məsələ, qiymət – 23 630 manat. 5-ci yer: «Chevrolet Aveo»PERFORMANCE CENTER-in təqdim etdiyi «Chevrolet Aveo» Çin modeli olmayan maşınlar arasında ən ucuzlarından biridir. Baxmayaraq ki, texniki xüsusiyyətlərinə görə, çinli analoqlarından geri qalır. 1,4 litr mühərrik, cəmi 100 at gücü, 100 km-ə 8 litr yanacaq sərfi. Sedan formalı belə avtomobil 23 190 manatadır.4-cü yer: «Great Wall C30»Siyahıda Çin avtomobillərinin üstünlük təşkil edəcəyi gözlənilən idi. «Great Wall Azərbaycan»ın təqdim etdiyi «C30» modeli 1,5 litr mühərrikə, 105 at gücünə və 100 km üçün 6,3 litr yanacaq sərfinə malikdir. Sedanın qiymət 22 900 manatdan başlayır.3-cü yer: «Changan Alsvin V7»«Sirena Motors»un təqdim etdiyi daha bir avtomobil – «ChanganAlsvin V7» modeli ən ucuz avtomobit surət qutulu avtomobillər arasında yer alıb. 1,6 litr mühərrik, 125 at gücü, 100 km-ə 7 litr yanacaq sərfi. Bu sedanın qiyməti 22 800 manatdır.2-ci yer: «LADA Vesta»Rus avtomobillərinin əsas çatışmazlığı – avtomat sürət qutusunun olmaması dövrü artıq geridədir. Hazırda ölkəmizdə satılan «Lada»ların bəziləri «avtomat»lıdır. Xəzər- LADA ASC tərəfindən təqdim edilən Vesta modelinin mühərrikinin həcmi 1,6 litr, at gücü 106, yanacaq sərfiyyatı 100 km-ə 6,6-6,9 litrdir. Qiymət 21 500 AZN. «Niva»dan xeyli baha olsa da, «avtomat» sürət qutusuna keçmək olar.1-ci yer: «Baic D20 »Vaxtilə «Baic D20»ni aldıqlarına görə. ətrafıdakılardan utananlar indi rahat ola bilərlər. Onların seçimi səhv olmayıb. O mənada ki, həmin maşını indi alsalar daha çox pul xərcləməli olacaqdılar. Amma hətta indii də «Sirena Motors»un ən ucuz modeli olan «Baic D20» Bakıda avtomat sürət qutusu ilə satılan ən ucuz qiymətli avtomobil modeli saylır. 1,5 litr mühərrikli və 113 at gücünə malik olan avtomobilin qiyməti 21 000 manatdan başlayır. Bu sedanın 100 km-ə yanacaq sərfi isə 6,9 lt-dir.(Fed.az)BAKU.WS

Oxşar xəbərlər

“NAZ-Lifan” istehsalı dayandırıb? - Bir ildə cəmi 30 maşın...

“NAZ-Lifan” istehsalı dayandırıb? - Bir ildə cəmi 30 maşın...

Hələ 2017-ci ilin martında Naxçıvan Avtomobil Zavodunda (NAZ) istehsalın dayandırdığı barədə məlumat vermişdik. BAKU.WS xəbər verir ki, həmin vaxt Modern.az-a d...

4272 Sosial 12:36 18 yanvar 2018

Son xəbərlər