Bakıda ağacları kütləvi şəkildə kəsdilər – nazirlik həyəcan təbili çalır VİDEO

Bakıda ağacları kütləvi şəkildə kəsdilər – nazirlik həyəcan təbili çalır VİDEO
Video
Sosial 2071
Bakı şəhərinin Xətai rayonu ərazisindəki Cavanşir küçəsi 27 ünvanında kütləvi ağac kəsilməsilə bağlı şikayət daxil olub.BAKU.WS-ə daxil olan şikayətə əsasən, hadisə bayram günlərində baş verib. Şikayətçi bildirib ki, kimliyi məlum olmayan şəxslər ağacları kəsərək yük maşınları ilə ərazidən uzaqlaşıblar.Çəkilən görüntülərdən də məlum olduğu kimi kəsilən ağaclar “Qazel” markalı, 99 JD 861 nömrə nişanlı yük maşını ilə aparıblar.Məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova BAKU.WS-ə açıqlamasında bildirib ki, bu məsələ barədə xəbərdardılar. Onun sözlərinə görə, hazırda bu sahədə araşdırma aparılır.“Əməkdaşlarımız həmin ərazidə olublar. Araşdırma aparılır. Araşdırmalardan sonra cavabdeh şəxslər barədə qanuna müvafiq tədbirlər görüləcək. Onların barəsində cərimələr tətbiq ediləcək”, - deyə İ.İbrahimova bildirib.
Qurum rəsmisi deyir ki, belə hallarda nazirliklə birgə vətəndaşlar da mübarizə aparmalıdırlar.“Nazirlik belə hallara qarşı qəti və barışmaz mövqe nümayiş etdirir. Buna baxmayaraq yenə də ağac kəsilməsi hallarına rast gəlinir. Əsasən də paytaxtda bəzi sahibkarlar və vətəndaşlar qanuna zidd olaraq ağac kəsilir. Yaşıllıq sahələri məhv edilir. Tikinti şirkətləri yaşıllıq əraziləri nəzarə almadan tikinti işləri aparırlar. Ağaclar kəsilir və yaşıllıq ərazilərə ziyan vurulur”, - deyə nazirlik rəsmisi bildirib.İ.İbrahimova deyir ki, belə halların qarşısını almaq üçün cərimələrin məbləğini artırmaq məqsədəuyğundur.“Cərimələr artırılmalıdır ki, bunu edən şəxslər yüksək cərimələrdən qorxaraq ağac kəsilməsindən çəkinsinlər. Bundan başqa, cəmiyyətin qınağı və vətəndaşlıq münasibətləri burada böyük rol oynayır”.İ.İbrahimova deyir ki, bundan sonra vətəndaşlar tikinti gedən ərazilərdə, hasarlanmış yerlərdə ağac kəsilməsi təhlükəsi gördükdə nazirliyə xəbər versinlər. Bununla da, yarana biləcək hansısa problemin qarşısını vaxtında almaq olar.Qeyd edək ki, vətəndaşlar beə hallarla birgə mübarizə aparmaq üçün nazirliyin 168 saylı “qaynar xətt”inə müraciət edə bilərlər. Təbiəti qorumaq üçün bütün vətəndaşlar birgə mübarizə aparmalıdırlar. Gözləmək olmaz ki, nazirlik yaxud icra hakimiyyətləri ağac kəsiləndən sonra məsələyə münasibət bildirsinlər.Ziya SƏCCADBAKU.WS

Son xəbərlər