Mingəçevirdə balıqları kütləvi şəkildə qırılması ilə bağlı nazirlik hərəkətə keçdi VİDEO
11
may
2018
14:44
Mingəçevirdə balıqları kütləvi şəkildə qırılması ilə bağlı yayılan məlumat barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində araşdırmalara başlanılıb. Bu barədə nazirliyin mətbuat katibi İradə İbrahimova BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, məsələ barədə qurumun əməkdaşları xəbərdardır. "Sosial şəbəkələrdə yayılan bu video ilə bağlı artıq araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri barədə məlumat veriləcək", - deyə İradə İbrahimova bildirib. Qeyd edək ki, Mingəçevirdə balıqları kütləvi şəkildə qırırması barədə sosial şəbəkələrdə video görüntü yayılıb. Videodan göründüyü kimi Mingəçevir su anbarında balıqların kütləvi tələfatı qeydə alınıb. Videodan görünür ki, balıq ovçuları tor qurublar. Kürüləmək üçün bu əraziyə gələn balıqlar isə tora düşərək kütləvi şəkildə ölürlər. Ölən balıqların sayı o qədər çoxdur ki, ləpə onları vuraraq sahilə çıxarır. Ziya SƏCCAD BAKU.WS
Oxşar xəbərlər
Mingəçevirdə balıq QƏTLİAMI: Kütləvi şəkildə məhv ediblər - VİDEO
Mingəçevirdə balıqları kütləvi şəkildə qırırlar. BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video görüntü yayılıb. Videodan göründüyü kimi Mingəçevir...