Bakıda 7 tələbə dönərdən zəhərləndi

Bakıda 7 tələbə dönərdən zəhərləndi
Sosial 967
Paytaxtın Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən "Köz dönər" kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, onların universitet tələbələri olduğu bildirilib. Tələbələr dərsdən sonra birlikdə dönər yeməyə gediblər.Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. P.Abubəkirov deyib ki , gətirilənlərdən ikisinin 17 yaşı var, buna görə də Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasına köçürülüblər.Zəhərlənənlərin həyatı üçün təhlükə yoxdur.BAKU.WS

Son xəbərlər