Bakıda ana və 7 uşağı qazdan zəhərləndi
06
yan
2019
11:24
Abşeron rayonunun Goradil qəsəbəsində ana və 7 uşağı dəm qazından zəhərlənib.Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov virtualaz.org-a faktı təsdiqləyib.P.Abubəkirovun sözlərinə görə, 41 yaşlı Elnarə Aslanova və onun 7 uşağı Respublika Toksikalogiya Mərkəzinə yerləşdirilib. Zəhərlənən uşaqların kiçiyinin 3, böyüyünün 13 yaşı var. Qadın 10 uşaq anasıdır. Digər 3 uşaqda zəhərlənmə əlamətləri müşahidə edilməyib. "Ana və uşaqları özlərini pis hiss ediblər, təcili yardım çağırılıb, onlara dəm qazından zəhərlənmə diaqnozu qoyulub",- P.Abubəkirov söyləyib.BAKU.WS
Oxşar xəbərlər
Bakıda poliklinikada kütləvi zəhərlənmə - 8 nəfər xəstəxanalıq oldu
Bakıda 8 saylı şəhər poliklinikasında 8 nəfər zəhərlənib.BAKU.WS “a24.az”a istinadən xəbər verir ki, bu dəqiqələrdə Bakının Nərimanov rayonunda yerləşən 8 saylı...