Bakı sakinlərinə ŞAD XƏBƏR – yeni avtobuslar gətirilir
13
iyl
2018
11:39
“SAFA Holding” şirkətlər qrupunun tərkibində fəaliyyət göstərən “Xaliq Faiqoğlu” şirkəti ilə nüfuzlu beynəlxalq maliyyə institutlarından biri olan Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında əməkdaşlıq sazişi imzalanıb.Şirkətdən BAKU.WS-ə verilən məlumata görə, saziş çərçivəsində ayrılan maliyyə vəsaiti hesabına şirkət tərəfindən yaxın zamanda Bakı şəhərinə yeni 70 ədəd AVRO 6 emissiya standartına cavab verən, alçaq platformalı avtobus gətiriləcək.İmzalanma mərasimində çıxış edən “SAFA Holding” şirkətlər qrupunun təsisçisi Faiq Seyidov bildirib ki, bu layihə 15 illik gərgin əməyin bəhrəsidir:"AYİB kimi nüfuzlu beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığa başlayan ilk özəl sərnişindaşıma şirkəti olduğumuz üçün qürur hissi keçirirəm və əminəm ki, bu əməkdaşlıq ictimai nəqliyyat sahəsində həyata keçirilən islahatlara öz böyük töhfəsini verəcək. Son 15 ildir ölkədə uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycan dinamik inkişaf edən, güclü iqtisadiyyata sahib olan ölkəyə çevrilib və ölkədəki siyasi sabitlik, iqtisadi inkişaf və biznes mühitinin yaxşılaşması xarici investorların və beynəlxalq maliyyə qurumlarının Azərbaycana olan marağını daha da artırıb. Bu gün özəl sektora olan dövlət dəstəyi, sahibkarlığın inkişafına yaradılan münbit şərait, xüsusilə cənab Prezidentin sahibkarlara olan diqqət və qayğısı bizim üçün həm böyük məsuliyyətdir, həm də yeni layihələrin reallaşdırılması üçün güc mənbəyidir. Biz ölkəmizdə sahibkarlığın inkişafına yaradılan şəraitə və ən əsası hər zaman dövlətin bizə olan dəstəyinə güvənərək yeni layihələr reallaşdırırıq.Bilirsiniz ki, “Xaliq Faiqoğlu” şirkətinin qarşıya qoyduğu əsas məqsəd vətəndaşlara müasir və təhlükəsiz sərnişindaşıma xidməti göstərməkdir. Biz Bakı şəhərində şəhər nəqliyyatının işinin daha da yaxşılaşdırılması, sərnişindaşıma xidmətinin müasir tələblərə uyğun təşkil edilməsi məqsədilə həyata keçirilən islahatlarda özəl şirkət olaraq aktiv iştirak edirik. AYİB-lə əməkdaşlıq çərçivəsində Bakı şəhərinə 70 ədəd yeni, müasir və komfortlu avtobus gətiriləcək ki, bu 200-ə yaxın yeni iş yerinin açılmasına və ən əsası paytaxt sakinləri və qonaqların komfortlu sərnişindaşıma xidmətindən istifadəsinə zəmin yaradacaq".BAKU.WS
Oxşar xəbərlər
Prezident AİB-in direktorlar şurasını qəbul edib
Prezident İlham Əliyev iyunun 22-də Asiya İnkişaf Bankının (AİB) İcraçı Direktorlar Şurasının üzvü Kşatrapati Şivajinin başçılığı ilə bankın Direktorlar Şurasın...