Prezident AİB-in direktorlar şurasını qəbul edib
22
iyn
2018
20:51
Prezident İlham Əliyev iyunun 22-də Asiya İnkişaf Bankının (AİB) İcraçı Direktorlar Şurasının üzvü Kşatrapati Şivajinin başçılığı ilə bankın Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.BAKU.WS-in məlumatına görə, dövlət başçısı 2015-ci ildə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının ölkəmizdə uğurla keçirildiyini və böyük önəm daşıdığını qeyd edib.Prezident İlham Əliyev Azərbaycanla Asiya İnkişaf Bankı arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq bankın ölkəmizdə müxtəlif infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirakını yüksək qiymətləndirib. Dövlət başçısı ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlardan danışıb, qeyd edib ki, Azərbaycan “İnklüziv inkişaf indeksi”ndə 2018-ci ildə inkişaf etməkdə olan ölkələr arasında 3-cü, MDB ölkələri arasında isə 1-ci yerdədir. Prezident İlham Əliyev Davos İqtisadi Forumunun rəqabətqabiliyyətlilik hesabatı üzrə isə Azərbaycanın dünyada 35-ci, MDB ölkələri üzrə 1-ci yerdə olduğunu vurğulayıb.Ölkəmizin tranzit imkanlarına toxunan dövlət başçısı nəqliyyat sektorunda irimiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycanın tranzit potensialının daha da artdığını, dəmir yollarının modernləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü vurğulayaraq Bakı-Tbilisi-Qars dəmir yolunun və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətini qeyd edib.Asiya İnkişaf Bankının İcraçı Direktorlar Şurasının üzvü Kşatrapati Şivajin İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbik edib.O, Azərbaycanla Asiya İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edərək Cənub Qaz Dəhlizinin reallaşmasını bu əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndirib, bu dəhlizin çox mühüm layihə olduğunu vurğulayıb. Qeyd edib ki, dünyada həyata keçirilən bir çox layihədə əvvəlcədən nəzərdə tutulmuş maliyyələşmənin həcmi sonradan artdığı halda, Cənub Qaz Dəhlizinin icrasının gedişində isə işlər səmərəli aparıldığından əvvəlcədən nəzərdə tutulduğundan da az vəsait sərf olunub.Kşatrapati Şivajin bildirib ki, Azərbaycana səfərlərinin məqsədlərindən biri də ölkənin inkişaf ehtiyacları ilə daha yaxından tanış olmaq, bankın fəaliyyətinin səmərəliliyini daha da artırmaq üçün strateji istiqamətləri müəyyən etməkdən ibarətdir. O, dünyada gedən maliyyə-iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasını, ölkədə qazanılan iqtisadi uğurları və həyata keçirilən islahatları yüksək qiymətləndirib.Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin böyük hissəsinin icra olunduğunu vurğulayaraq, bu layihənin bütün Avrasiya uçun qlobal önəm daşıdığını deyib, “Cənub Qaz Dəhlizi” layihəsinə ilk dəstək verən beynəlxalq maliyyə qurumu kimi Asiya İnkişaf Bankının rolunu xüsusi qeyd edib. Prezident, eyni zamanda, TANAP layihəsinin açılışının böyük əhəmiyyət daşıdığını deyib və bu layihənin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.Dövlət başçısı Azərbaycanda qeyri-neft sahəsində genişmiqyaslı işlərin həyata keçirildiyini, ölkəmizin qarşısında böyük planların durduğunu deyib və bu istiqamətdə Asiya İnkişaf Bankı ilə gələcəkdə də uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.Söhbət zamanı məşğulluq strategiyası ilə bağlı məsələlər müzakirə edilib.Görüşdə, həmçinin bankın 2019-2023-cü illər üzrə strategiyası, Azərbaycanla Asiya İnkişaf Bankı arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidentini qəbul edib
Prezident İlham Əliyev Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti, Avro...